Data Həlləri
Data platforması

Analitika & Biznes Kəşfiyyatı

Bir çox şirkətdə rəhbərlik qərar qəbul etmək üçün aylıq və ya həftəlik hazırlanan Excel hesabatını gözləməli olur. Fərqli şöbələr tez-tez fərqli rəqəmlərlə işləyir və "hansı rəqəmə inanaq" sualı qərar qəbulunu gecikdirir.

Biz mövcud sistemlərinizdən — ERP, mühasibat proqramı və ya digər daxili alətlərdən — birbaşa data çəkən, rol-əsaslı dashboard-lar qururuq. Hesabatlar əl ilə hazırlanmır, avtomatik generasiya olunur və hər istifadəçi öz vəzifəsinə uyğun məlumatı görür.

Nəticədə rəhbərlik canlı rəqəmlər üzərində qərar qəbul edir, hesabat hazırlamaq üçün sərf olunan saatlar azalır və trend və proqnoz üzrə görünürlük yaranır.