Data Həlləri
Data platforması

Data Migration & İnteqrasiya

Əksər müəssisələrdə ERP, mühasibat, bank portalı və digər alətlər bir-biri ilə "danışmır". Bu, eyni məlumatın iki-üç yerdə əl ilə təkrar daxil edilməsinə və nəticədə uyğunsuzluqlara gətirir.

Biz sistemlər arasında API-əsaslı inteqrasiyalar qururuq və köhnə sistemdən (və ya Excel-dən) yeni platformaya — o cümlədən ONE SOFT ERP-ə keçid zamanı — təmizlənmiş, strukturlaşdırılmış data köçürülməsini həyata keçiririk.

Bu, vahid həqiqət mənbəyi yaradır, təkrar işi aradan qaldırır və sistem dəyişikliyi zamanı "datamız itəcək" riskini minimuma endirir.