Logistika modulu
| Mal-material | Ölçü vahidi | Miqdar |
|---|---|---|
| Əmək xidməti | Ədəd | 100 000 |
| Daşınma xidməti | Reys | 100 000 |
| Sərf materialları | Ədəd | 100 000 |
| Nəqliyyat, maşın-mexanizm xərcləri | Dəst | 100 000 |
Logistika idarəetmə sistemi yükün göndərilmə nöqtəsindən təyinat yerinə qədər bütün məlumatlarını bir yerdə saxlayır. One Soft ERP-nin Logistika modulunda daxili və xarici yükdaşımalar — quru, dəniz, dəmir yolu və hava nəqliyyatı ilə — qeydə alınır, izlənir və sonrakı hesabatlarda görünür.
Daşıma məlumatları e-poçtlarda, telefon danışıqlarında və ayrı cədvəllərdə olduqda yükün harada olduğunu, nə vaxt gömrüyə çatacağını və hansı sifarişə aid olduğunu öyrənmək üçün bir neçə nəfərə müraciət etmək lazım gəlir. Logistika modulu bu məlumatları yükün öz sənədində toplayır.
Logistika modulu daxili və xarici yük daşımalarının həyata keçirildiyi və avtomatlaşdırıldığı moduldur. Quru, dəniz, dəmir yolu və hava nəqliyyatı ilə yük daşımaları bu modula daxil edilir.
Logistika moduluna daxil edilən sorğular həm sifarişçinin qiymət sorğusu, həm də əvvəlcədən razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Həmçinin, daşınma ilə bağlı bütün məlumatlar, daşınacaq yükün gediş nöqtəsindən tutmuş çatana qədər olan bütün məlumatlar - hamısı Logistika moduluna daxil edilir. Bu məlumatlara nəqliyyat vasitəsinin nömrəsi, izləmə nömrəsi, gediş tarixi, gömrükə çatma tarixi, çatdırılma tarixi və digər məlumatlar daxildir. Bütün bunlar Logistika moduluna daxil edilir və sonrakı hesabatlarda izlənilə bilər.
Logistika modulu həmçinin Tender modulu (Qiymətləndirmə modulu), Satınalma və Satış modulları ilə bağlana bilər. Əgər sorğu şəklində daxil edilmiş və ya əvvəlcədən razılaşdırılmış başqa bir yük varsa, Tender modulunda daşıyıcı şirkət (satıcı) seçilir və avtomatik olaraq Logistika sənədinə düşür. Sonra Logistika modulunun digər məlumatları daxil edilir və proses tamamlanır. Logistika modulu əsasında Alış-Satış sənədlərinin yaradılması da mümkündür və bu moduldan olan məlumatlar avtomatik olaraq Alış-Satqı sənədlərinə ötürülür.
Logistika və nəqliyyat şirkətləri eyni vaxtda bir neçə marşrutu, yük hərəkətini və anbar əməliyyatlarını koordinasiya etməli olurlar. Logistika modulu avtomobil, dəmir yolu, hava və dəniz daşımalarını vahid sistemdə birləşdirərək marşrutların, yüklərin və anbar qalıqlarının mərkəzləşdirilmiş idarə olunmasını təmin edir.
Kimlər üçündür
- Yükdaşıma və ekspeditor şirkətləri
- Mal idxal və ixrac edən, daşımaları özü təşkil edən müəssisələr
- Bir neçə nəqliyyat növü və marşrutla işləyən logistika şöbələri
Necə işləyir
- 01Daşıma sorğusu sifarişçinin qiymət sorğusu və ya müqavilə əsasında daxil edilir.
- 02Daşıyıcı Tender modulunda seçilir və Logistika sənədinə düşür.
- 03Nəqliyyat vasitəsi, izləmə nömrəsi və tarixlər qeydə alınır.
- 04Yük yolda izlənilir, gömrüyə çatma və çatdırılma tarixləri qeyd olunur.
- 05Lazım olduqda Alış, Satış və Gömrük sənədləri Logistika sənədindən yaradılır.
Əsas imkanlar
- Quru, dəniz, dəmir yolu və hava daşımalarının bir sistemdə qeydə alınması
- Sifarişçinin qiymət sorğusu və ya əvvəlcədən razılaşdırılmış müqavilə əsasında daşıma sorğusu
- Nəqliyyat vasitəsinin nömrəsi, izləmə nömrəsi, gediş tarixi, gömrüyə çatma və çatdırılma tarixlərinin qeydə alınması
- Daşıyıcı şirkətin Tender modulunda seçilib Logistika sənədinə avtomatik ötürülməsi
- Logistika sənədi əsasında Alış və Satış sənədlərinin yaradılması
- Logistika sənədindən Gömrük sənədinin yaradılması
- Daşımalar üzrə hesabatlar
Digər modullarla əlaqə
Logistika modulu satınalma və satış zəncirlərini fiziki daşıma ilə birləşdirir. Daşıyıcı Tender modulunda seçilir, daşıma məlumatları Logistika sənədində toplanır, bu məlumatlar isə Alış və Satış sənədlərinə avtomatik ötürülür. Yük gömrükdən keçirsə, Gömrük sənədi birbaşa Logistika sənədi əsasında yaradılır və bütün məlumatlar ora köçür.
Faydalar
- Daşıma məlumatları e-poçt və cədvəllərdə dağınıq qalmır
- Yükün harada olduğu və nə vaxt çatacağı bir sənəddə görünür
- Eyni məlumat Alış, Satış və Gömrük sənədlərinə yenidən yazılmır
- Daşıyıcı seçimi tender qaydası ilə şəffaf aparılır
Tez-tez verilən suallar
Logistika modulunda hansı daşımalar qeydə alınır?
Daxili və xarici yükdaşımalar — quru, dəniz, dəmir yolu və hava nəqliyyatı ilə.
Daşıma haqqında hansı məlumatlar saxlanılır?
Yükün gediş nöqtəsindən çatana qədər bütün məlumatlar: nəqliyyat vasitəsinin nömrəsi, izləmə nömrəsi, gediş tarixi, gömrüyə çatma tarixi, çatdırılma tarixi və digər məlumatlar. Bunlar sonrakı hesabatlarda izlənilə bilər.
Daşıyıcı şirkəti necə seçirik?
Daşıyıcı Tender modulunda təkliflər əsasında seçilir və avtomatik olaraq Logistika sənədinə düşür.
Logistika sənədindən alış və ya satış sənədi yaratmaq olarmı?
Bəli. Logistika modulu əsasında Alış və Satış sənədləri yaradılır və məlumatlar onlara avtomatik ötürülür.
Logistika modulu gömrüklə bağlıdırmı?
Bəli. Daşımanı şirkətiniz özü edirsə, Gömrük sənədi Logistika sənədi əsasında yaradılır və bütün məlumatlar ona köçür.
Logistika modulu hansı şirkətlər üçündür?
Yükdaşıma və ekspeditor şirkətləri, daşımalarını özü təşkil edən idxalçı və ixracatçılar, bir neçə nəqliyyat növü ilə işləyən logistika şöbələri üçün.