ERP Həlləri
ERP platforması

Alış Ödəniş modulu

SƏN-00X-1XXAktivAlış Ödəniş modulu
Layihə
00X — Regional infrastruktur işləri
Sifarişçi
Sifarişçi MMC
Sənəd tarixi
—
Sətirlər · Plan işləri
Mal-material Ölçü vahidi Miqdar
Əmək xidmətiƏdəd100 000
Daşınma xidmətiReys100 000
Sərf materiallarıƏdəd100 000
Nəqliyyat, maşın-mexanizm xərcləriDəst100 000
Daxil edilirTəsdiqə göndərildiTəsdiq edildiBitdi
Nümunə ekran · şərti məlumat

Təchizatçı ödənişlərinin uçotu pulun fiziki hərəkətinin — kimə, nə qədər, hansı faktura və müqavilə üzrə ödənildiyinin — dəqiq qeydə alınmasıdır. One Soft ERP-nin Alış ödəniş modulunda maliyyə komandası təsdiqlənmiş hesab-faktura əsasında ödənişi müqavilə şərtlərinə uyğun icra edir, mühasibat yazılışları isə avtomatik olaraq Maliyyəyə keçir.

Ödənişlər bank çıxarışı və cədvəllər üzərindən izləndikdə hansı fakturanın tam, hansının qismən ödəndiyini, təchizatçıya nə qədər borc qaldığını və ödənişin büdcəyə necə təsir etdiyini görmək əlavə iş tələb edir. Alış ödəniş modulunda bu məlumat hər ödənişlə birlikdə yaranır.

Alış Ödəniş modulu – ödəniş prosesinin icra olunması prosesidir. Pulun fiziki hərəkəti bu modulda baş verir. Müştəridən təsdiq edilmiş hesab-fakturanı aldıqdan sonra maliyyə komandası müqavilə şərtlərinə uyğun olaraq sistemdə ödənişləri icra edir. Hər hansı müqavilə dəyişikliyi və ya ləğv edilmiş maliyyə təminatının nəzərdən keçirilməsi nəzərə alınır.

Ödəniş Alış Ödəniş modulunda tam və ya qismən edilə bilər. Birbaşa bankdan hesablaşmalar, nağd hesablaşmalar Alış Ödəniş modulu vasitəsilə həyata keçirilir. Və təbii ki, istənilən ödəniş zamanı mühasibat uçotu avtomatik olaraq Maliyyə şöbəsinə keçir. Bu, öz növbəsində, bütün satınalma prosesini sürətləndirir və sadələşdirir.

Ödəniş və büdcə arasındaki əlaqənin izlənməməsi cash-flow görünməzliyinə gətirir. Alış Ödəniş modulu hər ödənişi müqavilə şərtləri və büdcə ilə əlaqələndirərək bu görünməzliyi aradan qaldırır.

Kimlər üçündür

  • Təchizatçılara müntəzəm ödəniş edən maliyyə və xəzinədarlıq komandaları
  • Ödənişləri müqavilə şərtləri və büdcə ilə əlaqələndirməli olan şirkətlər
  • Qismən və mərhələli ödənişlərlə işləyən müəssisələr

Necə işləyir

  1. 01Təsdiqlənmiş faktura ödənişə hazır olur.
  2. 02Maliyyə komandası ödəniş sənədini müqavilə şərtlərinə uyğun yaradır.
  3. 03Ödəniş bank və ya nağd qaydada, tam və ya qismən icra olunur.
  4. 04Mühasibat yazılışları avtomatik olaraq Maliyyəyə keçir.
  5. 05Ödəniş faktura, müqavilə və büdcə ilə əlaqəli qalır.

Əsas imkanlar

  • Təsdiqlənmiş faktura əsasında ödəniş sənədinin yaradılması
  • Tam və ya qismən ödəniş
  • Bank və nağd hesablaşmalar
  • Müqavilə dəyişikliklərinin və maliyyə təminatı ilə bağlı halların nəzərə alınması
  • Hər ödənişin müqavilə şərtləri və büdcə ilə əlaqələndirilməsi
  • Mühasibat yazılışlarının avtomatik olaraq Maliyyəyə ötürülməsi
  • Təchizatçı üzrə ödənilmiş məbləğin və qalıq borcun görünməsi

Digər modullarla əlaqə

Alış ödəniş modulu satınalma zəncirinin son halqasıdır: Tələbnamə → Tender → Alış (PO) → Alış faktura → Alış ödəniş. Ödəniş fakturaya, faktura isə sifarişə bağlı olduğu üçün hər ödənişin hansı alışa və hansı ilkin ehtiyaca aid olduğunu izləmək mümkündür.

Faydalar

  • Pul axını görünən olur
  • Ödənişlər müqavilə şərtlərindən kənara çıxmır
  • Mühasibat yazılışları ikinci dəfə əl ilə daxil edilmir
  • Bütün satınalma prosesi sürətlənir və sadələşir

Tez-tez verilən suallar

Alış ödəniş modulu nə edir?

Təsdiqlənmiş hesab-faktura əsasında təchizatçıya ödənişi müqavilə şərtlərinə uyğun icra edir və qeydə alır. Pulun fiziki hərəkəti bu modulda baş verir.

Qismən ödəniş etmək mümkündürmü?

Bəli. Ödəniş tam və ya qismən edilə bilər.

Hansı ödəniş üsulları dəstəklənir?

Həm bank vasitəsilə, həm də nağd hesablaşmalar Alış ödəniş modulu vasitəsilə aparılır.

Ödəniş mühasibatlığa necə düşür?

Hər ödəniş zamanı mühasibat yazılışları avtomatik olaraq Maliyyəyə keçir, ona görə eyni məlumatı yenidən daxil etməyə ehtiyac qalmır.

Ödənişləri büdcə ilə necə əlaqələndiririk?

Modul hər ödənişi müqavilə şərtləri və büdcə ilə əlaqələndirir, beləliklə pul axını və büdcənin icrası birlikdə görünür.

Müqavilə dəyişdikdə ödəniş necə aparılır?

Ödəniş zamanı müqavilə dəyişiklikləri və maliyyə təminatı ilə bağlı hallar nəzərə alınır, ona görə ödəniş aktual şərtlərə əsaslanır.